AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir

Oktyabr 23, 2018 14:20

İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRİC) birgə təşkilatçılığı ilə 16-18 oktyabr 2018-ci il tarixində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində “İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” üzrə keçirilən regional seminarda Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri Vüqar Məmmədov iştirak edir.
 
Azərbaycanla yanaşı Türkiyə, İordaniya, Mərakeş, Fələstin, Tunis, Oman Sultanlığı, Qazaxıstan, İran, Tacikistan və Özbəkistandan sənətkarlıq və sənayə sahələri üzrə ekspertlərin, həmçinin sahibkarlıq subyektlərinin nümayəndələrinin qatıldığı regional seminarda mədəni sənayelər və əl sənətinin iqtisadi, sosial və mədəni aspektlər üzrə təşviq edilməsi, İslam dünyasında bu sahəyə investisiyanın cəlb edilməsi və elementlərinin məhv olmaqdan qorunması, sahə üzrə müəlliflik hüquqlarının həyata keçirilməsi, innovasiya və yenilənmənin inkişaf edən mədəni sənayelərdə rolu mövzularında müzakirələr aparılır.
 
Qeyd olunmalıdır ki, seminarda Azərbaycan tərəfindən “Yaradıcı sənayelər üzrə innovativ yanaşma” mövzusunda nümayiş edilmiş təqdimat və məruzə ilə beynəlxalq aləmdə mövcud olan praktika və onun tətbiqi imkanları, Azərbaycanda qabaqcıl təcrübə nəzərə alınmaqla xalq sənətkarlığının qorunması və əl sənətinin dəstəklənməsi istiqamətində görülmüş işlər, gələcəyə baxış və hədəflər, habelə Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Fəaliyyət Planı ilə bağlı həyata keçirilməsi planlaşdırılan işlər barədə təqdim edilmiş məlumatlar regional seminarın iştirakçıları, xüsusilə ekspertlər tərəfindən maraqla qarşılanmış və Azərbaycanla müştərək layihələrin icrası istəyi ifadə edilmişdir.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı