AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Salyan rayon Mədəniyyət Mərkəzində yeni yaradılan “DAMA” art-studiyasında “Şairin taleyi” adlı mini-tamaşanın premyerası baş tutub

Oktyabr 23, 2018 12:30

 

Salyan rayon Mədəniyyət Mərkəzində yeni yaradılan “DAMA” art-studiyasında “Şairin taleyi” adlı mini-tamaşanın premyerası və “Kür” instrumental ansamblının ilk konserti baş tutub. Tamaşa XVIII əsrin ictimai-siyası hadisələrinə, Molla Vəli Vidadi və Molla Pənah Vaqif münasibətlərinə həsr olunub.
Tamaşadan sonra “Kür” instrumental ansamblının ilk konserti başlayıb. Konsertdə Balaş Zamanov, Natiq Məmmədov, Mirağası Abdullayev, Rəşad Aydınoğlu, Murad Bəşirov və başqalarının ifasında xalq və bəstəkar mahnıları dinlənilib.
 
Tədbir rayon ziyalıları və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Art-studiyanın tamaşaları başqa şəhərlərdə də davam edəcək.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı