AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Dabbaq Muxtar Mahmudov

İsmayıllı rayon sakini Muxtar Mahmudov dabbaqlıq sənəti ilə məşğuldur. O, bu sənətin sirlərini uşaq yaşlarından baba və atasından öyrənib. Dabbaqlığın Lahıcda metal emalından sonra tarixən ən çox inkişaf etmiş sənət növü olduğunu qeyd edən Muxtar Mahmudov müxtəlif dəri növlərindən yüksək zövq və böyük məharətlə cürbəcür məmulatlar – ayaqqabı, kəmər, dəri gödəkcələr və yəhərlər hazırlayır. Hazırlanan bu məhsullar Lahıc qəsəbəsinin sakinləri və buraya səfər edən turistlər tərəfindən alınır.
 
Satış bazarının kiçik olması ona hazırladığı məhsulları geniş kütləyə tanıtmağa və satışının təşkilinə mane olurdu. ABAD-la əməkdaşlıq edən Muxtar Mahmudov dəridən hazırladığı müxtəlif məhsulların bu qurumun sənətkarlıq mərkəzləri vasitəsilə satışını təşkil etməklə bu problemi də aradan qaldırmışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı