AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Banu" rəqs qrupu

“Banu” rəqs qrupu  2015-ci ildən Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində fəaliyyətə başlamışdır. Qrup üzvlərinin sayı 16 nəfər olmaqla  kiçik və orta yaş qruplarından ibarətdir. Yarandığı ildən başlayaraq “Banu” rəqs qrupu Mingəçevir şəhər tədbirlərində və Respublika birinciliyidə iştirak etmiş, eyni zamanda zona üzrə  keçirilən rəqs müsabiqələrində 1-ci yer tutmuşdur. “Banu” rəqs qrupunun repertuarında milli və xarici rəqslər yer alır.
 
Qrup 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə Bakı şəhərində keçirilmiş Respublika müsabiqəsinin yekun turunda 2-ci yerin qalibi olmuş və müsabiqənin diplomu ilə mükafatlandırılmışdır.
 
Bundan əlavə, qrup 2017-ci ildə “Azərbaycan Gənclər İttifaqı” və “Azərbaycan Rəqs Assosiasiyasının” Bərdə şəhərində keçirdiyi “Qarabağ Kuboku” müsabiqəsində kollektiv və solo rəqs nominasiyasında 1-ci yerin qalibi olmuş, müsabiqənin kuboku və diplomları ilə mükafatlandırılmışdır. Həmin il Gəncə şəhərində keçirilmiş “Kəpəz Kuboku” müsabiqəsində kollektiv və solo rəqs nominasiyasında da yenə 1-ci yerin qalibi olmuş, müsabiqənin kuboku və diplomları ilə mükafatlandırılmışdır.
 
2018-ci ilin iyun ayında “Azərbaycan Rəqs Assosiasiyasının” Bakı şəhərində keçirdiyi “Azərbaycan Çempionatı” müsabiqəsində “Banu” rəqs qrupunun üzvü Nuray Həsənova solo rəqslər nominasiyasında “Azərbaycan İkincisi” adını qazanmış, müsabiqənin 2-ci yer üzrə medalı və diplomu ilə təltif edilmişdir.
 
Respublika tədbirləri ilə yanaşı, “Banu” rəqs qrupu qardaş Türkiyə Cümhuriyyətində və başqa xarici ölkələrdə keçirilən festivallara dəvət almış, 2018-ci ildə Türkiyənin Çanaqqala şəhərində keçirilən “Uluslararası 23 Nisan Uşaq Troya Xalq Rəqsləri” festivalında iştirak etmiş, festivalın mükafatı və diplomları ilə təltif edilmişdir.
 
2019-cu ilin iyul ayında “Banu” rəqs qrupu Türkiyənin Mersin şəhərinin Anamur vilayətində keçirilən “Uluslararası Folklor Muz Festivalı”nda iştirak etmiş, festivalın kuboku və diplomları ilə mükafatlandırılmışdır.
 
“Banu” rəqs qrupunun rəhbəri Mələk Tağıyeva 2017-ci ildə “Azərbaycan Gənclər İttifaqı” və “Azərbaycan Rəqs Assosiasiyası”nın  ən yaxşı xoreoqraf diplomuna layiq görülmüş, o, Türkiyədə keçirilən festivallarda uğurlu iştirakı və mədəniyyətimizi, milli folklor rəqslərimizi beynəlxalq aləmdə təbliğ etdiyi üçün İstanbul Sarıyer Bələdiyyə Başqanı tərəfindən  “Uluslararası Teşvik” ödülü ilə mükafatlandırılmışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı