AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Haxışta" folklor rəqs qrupu

“Haxışta” rəqs qrupu Tərtər rayon Mədəniyyət Mərkəzinin Umudlu kənd folklor evində fəaliyyət göstərir. Qrup 2006-cı ildə yaradılmışdır. Qrupun repertuarında “Haxışta”, “Tello”, “Uzundərə” rəqsləri vardır.
 
Rəqs qrupu Mədəniyyət Mərkəzinin tədbirlərində, dövlət və yerli əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. 2017-ci ildə “Haxışta” folklor rəqs qrupu ATV televiziya kanalında və 2019-cu ildə Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin “Bölgələrdən bölgələrə" yaradıcılıq festivalında müvvəfəqiyyətlə çıxış etmişdir.
 
Rəqs qrupunun 8 üzvü vardır. Qrupun bədii rəhbəri – Süleymanova Lamiyə Bayram qızıdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı