AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Həsirçi Sidiqə Alışova

Alışova Sidiqə Kərim qızı 1953-cü ildə Masallı rayonunun Musaküçə kəndində anadan olub. Anası tanınmış həsir toxuyan olub. Sidiqə Alışova da hələ doqquzuncu sinifdə oxuyarkən anasına qamış daşımağa kömək etməklə yavaş-yavaş bu sənətə meylini salıb. Həsir toxumağın sirrini, onun üsulunu, qaydasını ilk dəfə anasından öyrənib. Gəlin köçdükdən sonra qayınanası ona yardımçı olub, həsir toxumağın bir çox incəliklərini ona öyrədibdir. Bundan sonra o, sərbəst həsir toxumağa başlayıb. Həsirçilik nəsildən nəsilə ötürülməklə yaşadılan bir sənət sahəsidir. Sidiqə Alışova da anasından öyrəndiyi bu sənəti qızına, gəlininə, qohum-qonşuda bu sahəyə həvəsi olan gənclərə öyrətməklə bu sənəti yaşatmağa, onu gələcək nəslə ötürməyə çalışır. Bu sahədəki xidmətinə görə dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub.

Əlaqəli nümunələr

Günün nümunəsi

Toxuculuq dəzgah və alətləri

Azərbaycanın maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri, antik dövrə aid arxeoloji qazıntılar zamanı əldə olunmuş yerli istehsal məhsulları burada mövcud olmuş sosial-iqtisadi və texniki irəliləyişdən xəbər verir. Bəsit burma, eşmə və hörmə vərdişləri sahəsində əldə edilən ilk əməli təcrübə sonralar əyirmə üsulunun yaranmasına və bu əsasda geyim və digər məişət vasitələri üçün z...

Ətraflı