AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qusar rayonunun “Şahdağ” xalq kollektivi

“Şahdağ” vokal instrumental ansamblı 1984-cü ildə Qusar rayonunun Gündüzqala kəndində yaradılmışdır. Kollektivin rəhbəri Vidadi Zülfüqarovdur. Kollektiv 6 nəfərdən ibarətdir. “Şahdağ” kollektivinin repertuarı ləzgi xalq mahnıları və rəqsləri, bəstəkar musiqilərindən ibarətdir. Kollektiv 1988-ci ildən “Xalq kollektivi” adını almışdır. Kollektiv fəaliyyəti dövründə Bakı, Sumqayıt, Mahaçqala, Moskva, Tümen şəhərlərində çıxış etmişdir. 1989-cu ildə Qusar rayonunda Quba, Xaçmaz, Şabran, eləcə də Dağıstanın Axtı, Qasumkənd, Dərbənd rayonlarının iştirakı ilə keçirilən “Dostluğumuz birlikdədir” adlı festivalda “Şahdağ” kollektivi I dərəcəli diploma layiq görülmüşdür. Ansambl, həmçinin 1994-cü ildə cəbhə bölgələrində əsgərlər qarşısında çıxış etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı