AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Solmaz

Solmaz Qorçu qızı Kosayeva 1955-ci il iyunun 3-də Qazax şəhərində ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb.

Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb.

1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveç və Norvec, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, Hollandiya və Belçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.

1991-1992-ci illərdə öz şəxsi vəsaiti hesabına cəbhə bölgələrində əsgərlərə humanitar yardım etməklə yanaşı, həm də konsert proqramları ilə çıxış edib.

1997-ci ildə İraqda keçirilən Beynəlxalq Babilistan Festivalı, 1998-ci ildə Türk Cümhuriyyətinin 75, Qarsın qurtuluşunun 78 illiyinə dəvət alaraq, ”Bostançı” konsert salonunda çıxışına görə qızıl medal və pul mükafatına layiq görülüb.

2000-ci ildə YUNESKO-nun xətti ilə Bakıda keçirilən “Kitabi-Dədə Qorqud – 1300” tədbirində fəal iştirakına görə Türkdilli Dövlətlərin VI zirvə toplantısına da dəvət olunub. Həmin ildə Ankarada keçirilən “Türk Dünyası – I Aşıqlar şöləni”nə dəvət alıb, çıxışı qızıl medalla mükafatlandırılıb.

2015-ci ildə anadan olmasını 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, 2016-cı ilin iyulunda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona ”Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

1984-cü ildən Aşıqlar Birliyinin üzvüdür. Hazırda ən yaxşı qadın aşıqlardan biri kimi tanınmaqla yanaşı, AMEA-nın Folklor İnstitutunun “İrs” folklor ansamblında aşıq-mügənni kimi də fəaliyyət göstərir. İndiyədək 4 albom və 4 kompakt diski işıq üzü görüb. 10-dan çox mahnıya musiqi bəstələyib. O, həmçinin şeir yaradıcılığı ilə də məşğul olur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Tikinti mədəniyyəti

Azərbaycanda zaman-zaman xalq yaşayış evlərinin müxtəlif tipləri yaranmış, uzun inkişaf yolu keçərək, yeni tikinti üsulları, inşaat texnikası, xalq ustalarının yaradıcılıq təcrübəsi sayəsində təkmilləşmişdir. Ev tiplərinin yaranmasında ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşguliyyəti, inşaat materialları, tikinti texnikası, ictimai həyat və ailə məişəti müəyyənedici rol...

Ətraflı