AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Beyləqan rayon "Yaylalar" folklor rəqs qrupu

Beyləqan rayon Türklər kəndində fəaliyyət göstərən “Yaylalar“ rəqs qrupu 1998-ci ildə yaranıb. Qrupun rəhbəri Bayram  Əhmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Fəal çıxışları ilə diqqəti cəlb edən “Yaylalar“ rəqs qrupu Azərbaycan telekanallarında bir sıra verilişlərdə, xüsusi çəkilişlərdə iştirak edib. Rəqs qrupunun hazırda 12 üzvü var. Axsıxa türklərindən ibarət olan qrup üzvləri, əsasən, 14-15 yaşlı yeniyetmələrdən ibarətdir. Qrup rayonun mədəni-kütləvi tədbirlərində, hərbi hissələrdə əsgərlər qarşısında maraqlı proqramlarla vaxtaşırı çıxış edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı