AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xanəndə Əkbərov Canəli Xanəli oğlu

Əkbərov Canəli Xanəli oğlu – xanəndə, xalq artisti (1992), professor (2008). “Şöhrət” ordeni (2002) ilə təltif olunmuşdur. C.Əkbərov muğamın sirlərini atasından öyrənmişdir. C.Əkbərov musiqi təhsilini Bakıda ADMM-də almışdır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəmiş və öz ifaçılıq məharətini təkmilləşdirmişdir. 1965-ci ildən C.Əkbərov ADF-nın, 1976-cı ildən bu günə qədər isə ADOBT-nın solistidir. Xanəndə bu teatrın səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar - Məcnun, İbn-Salam (Ü.Hacıbəyov “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) obrazlarını yaratmışdır.

C.Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. O, bir sıra müsabiqə və festivalların iştirakçısı və laureatı olmuşdur. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir. C.Əkbərovun repertuarı genişdir. Onun ifa etdiyi bütün muğam dəstgahlar vallara və disklərə yazılmışdır. C.Əkbərov hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir, ADMİU-da “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Alqışlar

Azərbaycan folklorunun arxaik janrlarından hesab olunan alqışlar ritual təsəvvürlərdən qaynaqlanan qəlib sözlərdən ibarətdir. Qədim təsəvvürlərə görə, pis söz insanlara uğursuzluq gətirdiyi kimi, yaxşı söz insanlara xoşbəxtlik, sağlamlıq, uğur gətirir. Sözün təsir gücünə inanan qədim insanlar dua-sənalarının Allah tərəfindən qəbul olunacağına inanırdılar. Alqışlar praktik məzmunlu ol...

Ətraflı