AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Atəşgah” folklor mahnı və rəqs ansamblı

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Atəşgah” folklor mahnı və rəqs ansamblı 1988-ci ildə yaradılmışdır. Rayon Mədəniyyət evində özfəaliyyət kollektivi kimi fəaliyyətə başlayan ansambl ümumrayon tədbirlərində, qonşu Xaçmaz, Qusar və Şabran rayonlarında keçirilən tədbirlərdə çıxış etmişdir. 1990-cı ilin sentyabrında Dağıstan Respublikasının Gizlər şəhərində keçirilən III Ümumittifaq Folklor Festivalında uğurla çıxış etmişdir. Maraqlı repertuara və fərqli çıxışa görə kollektiv həmin festivalın qalibi olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 01.08.1993-cü il tarixli əmri ilə kollektivə “Xalq folklor mahnı və rəqs ansamblı” adı verilmişdir. 2016-cı ildə Bakıda H.Əliyev adına Sarayda keçirilən Milli azlıqların V Ümumrespublika Festivalında kollektiv Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomla mükafatlandırılmışdır. Hazırda kollektiv rayon və respublika miqyaslı tədbirlərdə, televiziya proqramlarında vaxtaşırı çıxışlar edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı