AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Buta" folklor kollektivi

H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Buta“ folklor kollektivi 2017-ci ildə yaranıb. Repertuarı bölgəyə məxsus xalq mahnıları, bayatılar, əmək nəğmələri və sayaçı sözlərindən ibarətdir. Rayonda təşkil olunan dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir. 2017-ci il 15 iyul tarixində Xaçmaz rayonunda keçirilən II Beynəlxalq Dolma Festivalında yerli folklor nümunələrindən ibarət proqramla çıxış etmişdir. 

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı