AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Rəssam Qurbanov Ayaz Xəqani oğlu

Qurbanov Ayaz Xəqani oğlu 21 may 1988-ci ildə Samux rayon Əhmədbəyli kəndində anadan olub. Əhmədbəyli kəndində orta məktəbi bitirib. Həvəskar rəssamdır. Kağız və parça üzərində yağlı boya ilə rəsm əsərləri çəkir. Qumaş, yağlı boya, dələ tükündən fırça, sadə karandaşlardan istifadə edir. Samux rayonu Əhmədbəyli kənd klubunda fəaliyyət göstərir, həmçinin kənd klubunda rəssamlıq dərnəyinin rəhbəridir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı