AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Oğuzlar" folklor ansamblı

“Oğuzlar” folklor ansamblı 1978-ci ildə təşkil olunmuşdur. Ansambla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 18 aprel 1993-cü il tarixli qərarı ilə “Xalq kollektivi” adı verilmişdir. Ansamblın ilk rəhbəri Əskər Ələkbərov olmuşdur. 1983-cü ildən 2016-cı ilə kimi Abbasqulu Nəcəfzadə kollektivə rəhbərlik edib. Ansamblın repertuarında folklor, teatrlaşdırılmış tədbirlər, xalq mahnıları və bəstəkar mahnıları geniş yer tutur. Yarandığı gündən bu günə qədər Respublika və xarici mətbuatda ansambl haqqında məqalələr çap olunmuşdur. Kollektiv şəhər və rayon miqyasında keçirilmiş tədbirlərdə fəal iştirak edir. Türkiyənin bir çox şəhərlərində konsert proqramları ilə çıxış edib. Dəfələrlə müxtəlif festivalların iştirakçısı olmuş, fəxri fərman və diplomlara layiq görülmüşdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı