AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Könül" xalq rəqs kollektivi

“Könül” xalq rəqs ansamblı 1968-ci il yanvarın 1-də yaranmışdır. Kollektivin ilk rəhbəri Əməkdar incəsənət xadimi Arif Hüseynov olmuşdur. Kollektivə 10 mart 1977-ci ildə "Xalq kollektivi" adı verilmişdir. Kollektivin repertuarına Azərbaycan xalq rəqsləri, folklor rəqsləri və dünya xalqlarının rəqsləri daxildir. Hələ SSRİ vaxtında 1972-ci ildə kollektiv Belarusiyanın Molodeçenov şəhərində keçirilmiş dostluq və qardaşlıq festivalında müvəffəqiyyətlə çıxış etmiş və festivalın laureatı adını qazanmışdır. 1975-ci ildə kollektiv Respublika festivalı laureatı olmuşdur. Yarandığı gündən “Könül” xalq rəqs ansamblı bir çox festival və müsabiqələrin iştirakçısı olmuş, diplom və fəxri fərmanlara layiq görülmüşdür. Kollektiv Çexoslovakiya, Polşa, Bolqarıstan, Finlandiya, İspaniya, İtaliya, Yaponiya, ABŞ, Rumıniya, Fransa, Çili respublikalarında Azərbaycanı təmsil etmişdir. “Könül” xalq rəqs ansamblı SSRİ xalqlarının VII yay spartakiadasında, Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında və Kiyev şəhərinin 1500 illiyində çıxış etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı