AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Badamdar qəsəbə Xalq Teatrı

Badamdar qəsəbə Xalq teatrı 1993-cü ilin avqust ayında yaranmışdır. Yarandığı ilk gündən respublika, o cümlədən Bakı şəhərinin xalq teatrları arasında keçirilən müsabiqə və festivallarda iştirak etmiş, diplom və fəxri fərmanlara layiq görülmüşdür. 2008-ci ildə I Ümumrespublika baxış-müsabiqəsində “Ən yaxşı xalq kollektivi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur. 2012-ci ildə M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş Bakı Şəhər Xalq Teatrları Festivalında fəal iştirakına görə diplomla mükafatlandırılmışdır. 2017-ci ildə II Respublika Xalq Teatrları Festivalında III yer tutmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı