AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şahsevəni

Nümunənin reyestr kodu : FM0101000008

Aramla ifa edilən, sabit ritmli, lirik melodiyalı aşıq havalarından biridir. Orta kökdə ifa edilir, poetik əsası gəraylı janrındadır. Havanın adı eyni adlı tayfanın adı ilə bağlıdır. Musiqi materialı bəhrli növə aiddir. Geniş diapazonludur, kulminasiya havanın sonuna təsadüf edir. Rast ladına əsaslanır. Gəncəbasar mühitinə məxsus havalardandır.